logo

Qazaxıstanda 14 yaşına qədər uşaqlar üçün təyyarə ilə uçuş pulsuz olacaq

21:15 29-05-2020 | icon 2275
Qazaxıstanda 14 yaşına qədər uşaqlar üçün təyyarə ilə uçuş pulsuz olacaq

Qazaxıstanda 14 yaşına qədər uşaqlar təyyarə ilə ölkədaxili pulsuz uçuş imkanı əldə edəcəklər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Qazaxıstanın turizm sənayesini dəstəkləmək üçün hökumət tərəfindən atılan bu addım ölkə daxilində valideynlərlə səyahət edəcək uşaqların daşınması üçün aviaşirkətlərə ödəniş etməyə hazırdır.

Hökumətə istinadən verilən məlumatda qeyd edilir ki, bir ailənin maksimum dörd uşağı bu güzəştdən istifadə edə biləcəkdir.

Qazaxıstanda 2025-ci ilə qədər 3 milyon xarici və 8 milyon daxili turist qəbul etməyə ümid bəsləyirlər.