logo

Sinoptiklər xəbərdarlıq: güclü külək, leysan, şimşək, dolu...

20:24 29-05-2020 | icon 1890
Sinoptiklər xəbərdarlıq: güclü külək, leysan, şimşək, dolu...

Mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 15-20, arabir 23-25 metr/saniyə olacaq. Mayın 30-da yarımadanın bəzi yerlərində arabir saniyədə 28-33 metrədək güclənəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyinin sürəti 15-20, arabir 23-25 metr/saniyə olacaq. Ayrı-ayrı yerlərdə sürəti arabir saniyədə 28-33 metrədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından daşqın və sel keçəcəyi ehtimalı var.