logo

Sabah London-Bakı reysi ilə daha 50 soydaşımız ölkəyə gətiriləcək

18:58 29-05-2020 | icon 1960
Sabah London-Bakı reysi ilə daha 50 soydaşımız ölkəyə gətiriləcək

Mayın 30-da London-Bakı reysi ilə 40-50 nəfərin ölkəyə gətirilməsi nəzərdə tutulur.

 YeniAvropa xəbər verir ki, bu barədə  mayın 29-da Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Onun sözlərinə görə, iyunun birinci həftəsində isə ABŞ-dan çarter reyslərin təşkili məsələsi nəzərdən keçirilir.