logo

Azərbaycanda gələn həftədən uçuşlar bərpa edilə bilər

18:30 29-05-2020 | icon 2513
Azərbaycanda gələn həftədən uçuşlar bərpa edilə bilər

Gələn həftədən Azərbaycanda ölkə daxili uçuşlar bərpa edilə bilər.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın  bu gün təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, bununla bağlı xüsusi qaydalar müəyyənləşdiriləcək  və  həmin qaydalar təyyarəyə giriş və çıxışda tətbiq ediləcək.

"Beynəlxalq uçuşlara gəlincə isə , bunun bərpası tək Azərbaycandan asılı deyil. Əgər beynəlxalq uçuşlar bərpa olunacaqsa, bizim başqa ölkələrdən koronavirusla bağlı testdən keçmə ilə bağlı sənədləri qarşılıqlı tanıma mexanizmi olmalıdır. Yəni Azərbaycanda karantindən keçən şəxsin Türkiyədə karantindən keçməsinə ehtiyac olmasın. Başqa ölkələrdən Azərbaycana qayıdışla bağlı bu mühüm məqamdır",-deyə İbrahim Məmmədov bildirib