logo

Qazaxıstandan Azərbaycana aviareyslər tezliklə bərpa olunacaq

14:12 29-05-2020 | icon 2401
Qazaxıstandan Azərbaycana aviareyslər tezliklə bərpa olunacaq

Qazaxıstan tezliklə Azərbaycana, Çinə və Cənubi Koreyaya aviareyslərni bərpa edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsinin sədri Talqat Lastayev beynəlxalq hava əlaqəsinin mərhələli uçuşlarının bərpa olunmasından danışarkən KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, ilkin mərhələyə Azərbaycan, Çin, və Cənubi Koreya ölkələri daxil olub.

Birinci mərhələdə beynəlxalq uçuşlar koronavirusa yoluxma riskinin aşağı olduğu ölkələrlə Səhiyyə Nazirliyinin tövsiyəsinə uyğun həyata keçiriləcək.

Talqat Lastayevin sözlərinə görə, mayın 29-dan bu məsələnin sözügedən dövlətlərin aviasiya nümayəndələri ilə birgə müzakirəsinə başlanılacaq. İkinci mərhələdə isə Türkiyə, BƏƏ, Almaniya, Tayland və Çexiya ilə hava əlaqəsi yenidən başlayacaq.

Komitə sədri bildirib ki, bu aviareyslər dərhal başlanmayacaq, bütün instansiyaların razılaşdırılması və epidemioloji vəziyyətdən asılı olaraq ciddi sanitar qaydalara əməl olunmaqla bərpa işləri aparılacaq.