İstanbulun fəthindən 567 il ötür
Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopolun 1453-cü il mayın 29-da Osmanlı sultanı II Mehmet tərəfindən fəth edilməsindən 567 il ötür.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, İstanbulun fəthinin ildönümü münasibətilə şəhərin Ayasofya Muzeyində fətih surəsi oxunacaq, gəmilərin İstanbul boğazında “Hörmət Keçidi” və xüsusi konsert proqramı təşkil olunacaq. Oxçular Vəqfində “Fətih” kuboku uğrunda yarış keçiriləcək.
Tədbirlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telekonfrans vasitəsilə iştirak edəcək.
İstanbulun fəthinin tarixçəsinə gəldikdə isə, Bizans İmperiyasının paytaxtı olan şəhər 1453-cü il aprelin 6-dan mayın 29-dək davam edən mühasirənin nəticəsində fəth edilib. Bu fəth Osmanlı imperiyasının yaranmasına, Bizans imperiyasının isə tarix səhnəsindən silinməsinə səbəb olub. İstanbul fəth edildikdən sonra bölgədəki dinc əhali tamamilə sərbəst buraxılıb ki, bu da sultanın əhali arasında nüfuzunu artırıb.
Şəhərin İstanbul adlandırılması ilə bağlı fərqli versiyalar mövcuddur. Bəzi mənbələrə görə, 1453-cü ildən əvvəl də bizanslılar şəhərə İstimboli, türklər isə Stanbol deyirdi. İstanbul boğazı isə bizanslılar arasında Hellaspont, türklər arasında isə Boğaz olaraq adlandırılırdı. Osmanlı hökmdarları şəhər üçün ad seçməyərək, sadəcə, "İslam şəhəri" mənasını bildirən "İslambol" adını qəbul ediblər. Türkiyə Respublikası qurulduqdan sonra isə şəhər rəsmi olaraq İstanbul adlandırılıb.
2019-ci ildəki son hesablamalara görə, hazırda İstanbulda fərqli din, dil və irqə mənsub 15 milyondan çox insan yaşayır.
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Daha 35 ailə Füzuliyə yola salınıb
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır