logo

Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

12:32 29-05-2020 | icon 2037
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Mayın 30-u səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar , dezinfeksiya maddələrinin tərkibindəki müəyyən toksikliyi nəzərə alaraq,  sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.