logo

Qubada avtomobil dərəyə aşdı: bir nəfər öldü

11:57 29-05-2020 | icon 3255
Qubada avtomobil dərəyə aşdı: bir nəfər öldü

Quba rayonunda avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb.

 YeniAvropa xəbər verir ki, hadisə rayonunun Ördüc kəndi ərazisində baş verib.  “UAZ” markalı minik avtomobili dərəyə aşıb. Qəza nəticəsində 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlu hadisə yerində dünyasını dəyişib.

Deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan meyitini çıxarılması üçün əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. P.Hüseynovun meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.