logo

Mövlud Çavuşoğlu 28 Mayı Azərbaycan dilində təbriki etdi

15:49 28-05-2020 | icon 1981
Mövlud Çavuşoğlu 28 Mayı Azərbaycan dilində təbriki etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xalqımızı Respublika Günü münasibəti ilə təbrik edib.

YeniAvropa xəbər verir ki, qardaş ölkənin XİN rəhbəri Azərbaycan dilində yazdığı təbrik mesajını özünün “Twitter” hesabında paylaşıb:

“İki dövlət, bir millət, tək ürəyik! Can Azərbaycanın 102-ci Respublika Günü mübarək olsun. Dost və qardaş Azərbaycan xalqını sevgi ilə salamlayıram. Sən yaşa Azərbaycan!”