logo

Sinoptiklərdən güclü külək, yağış və dolu xəbərdarlığı

15:30 28-05-2020 | icon 1883
Sinoptiklərdən güclü külək, yağış və dolu xəbərdarlığı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəskin hava şəraiti ilə bağlı əbərdarlıq edib.

Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. 

Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.