logo

Paytaxtda iki avtobus toqquşdu: ölən var

14:49 28-05-2020 | icon 3115
Paytaxtda iki avtobus toqquşdu: ölən var

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

 YeniAvropa xəbər verir ki, hadisə  paytaxtın Əhmədli qəsəbəsində qeydə alınıb.

Qəza ilə bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. Videogörüntülərdə mikroavtobus ilə 44 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun toqquşduğu müşahidə olunur. 
Hadisə nəticəsində ölən və yaralananlar var. 

TƏBİB-dən yol-nəqliyyat hadisəsi ilə bağlı verilən ilkin məlumata görə, hadisə nəticəsində 62 yaşlı bir nəfər vəfat edib. 

Faktla bağlı araşdırma aparılır.