logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

12:59 28-05-2020 | icon 2016
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 30 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə  14 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti  üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.