logo

Türkiyədə koronavirusdan ölnlərin sayı 4430-u ötdü

21:46 27-05-2020 | icon 2219
Türkiyədə koronavirusdan ölnlərin sayı 4430-u ötdü

Bu gün Türkiyədə koronavirusdan  daha 34 nəfər həyatını itirib. 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün sosial şəbəkədəki hesabında xəbər verib.

Nazir bildirib ki, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 4 431-ə çatıb. 

Fahrettin Koca daha sonra qeyd edib ki, sutka ərzində COVID-19-a daha 1 035yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 159 797 təşkil edir.

Son gün ərzində Türkiyədə daha 1 286 nəfər virusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 122 793-ə çatıb.