logo

AZAL daha 175 Azərbaycan vətəndaşını Moskvadan Bakıya gətirdi

19:20 27-05-2020 | icon 1869
AZAL daha 175 Azərbaycan vətəndaşını Moskvadan Bakıya gətirdi

Mayın 27-də Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən YeniAvropa-ya  bildirilib ki, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd edək ki, çarter reysləri "AZAL" tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.