logo

Azərbaycan 19 iranlı məhbusu Tehrana verdi

18:08 27-05-2020 | icon 1869
Azərbaycan 19 iranlı məhbusu Tehrana verdi

Azərbaycandakı 19 iranlı məhbus Tehrana təhvil verilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

"Mayın 27-də Azərbaycan ərazisində müxtəlif cinayətlərdə ittiham olunan 19 İran vətəndaşı Tehrana təhvil verilib",-deyə məlumatda bildirilib.

Nazirliyin yaydığı məlumatda , həmçinin qeyd edilib ki, son 5 ildə xarici dövlətlərə 161 məhkum təhvil verilib, digər dövlətlərin ərazisində məhkum olunmuş 143 nəfər isə Azərbaycana qaytarılıb.