logo

MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

14:15 27-05-2020 | icon 1890
MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

Mayın 29-da Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə MDB İcrayyə Komitəsinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki,  hökumət rəhbərlərinin əsas diqqəti MDB çərçivəsində iqtisadi sahədə qarşılıqlı fəaliyyətin aktual məsələlərinə, həmçinin yeni koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə birgə səylərə yönəldəcəyi ehtimal olunur.

MDB ölkələrinin ticari-iqtisadi əməkdaşlığının baza prinsiplərini və əsas oriyentirlərini müəyyən edən 2030-cu ilədək Birliyin iqtisadi inkişaf Strategiyası layihəsinin nəzərdən keçirilməsi iclasın gündəliyində duran əsas məsələdir.

Şuranın iclasının yekununda nəqliyyat, energetika, təhsil, mədəniyyət, gənclər siyasəti, bədən tərbiyəsi və idman sahəsində qarşılıqlı fəaliyyətin inkişafı barədə birgə sənədlərin qəbulu nəzərdə tutulub.