logo

Milli Məclisin komissiya sədrlərinin maaşı açıqlandı

11:36 27-05-2020 | icon 1939
Milli Məclisin komissiya sədrlərinin maaşı açıqlandı

Milli Məclisin İntizam, Toponomiya və Hesablayıcı komissiyalarının sədrlərinin maaşı açıqlanıb.

 YeniAvropa xəbər verir ki, ”Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclisin komitə və komissiya sədri Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 80 faizi (1 980 manat) miqdarında aylıq vəzifə maaşı alır.

Xatırladq ki, hazırda Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov, Toponimiya komissiyasının sədri isə İsa Həbibbəylidir.