Karantin cərimələri tutulmağa başladı
Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin(BDYPİ) mətbuat katibi, polis polkovniki Kamran Əliyev məlumat verib.
Onun sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsi və digər rayon polis şöbələri tərəfindən cərimə olunan və 40 gün müddət tamamlandığı halda cəriməni ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub. Artıq minlərlə şəxsin cəriməni məcburi ödəməsi üçün qaldırılan iddialara məhkəmələrdə baxılır.
BDYPİ sözçüsünün sözlərinə görə, cəriməni ödəmək üçün qanunda nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra müvafiq qərarın verilməsi ilə bağlı məhkəməyə müraciət olunur: "Bu zaman cərimənin məcburi ödətdirilməsi məqsədilə məhkəmə həmin şəxsin əmək haqqından, pensiyasından və digər gəlirlərindən tutulmasına qərar verə bilər. Eyni zamanda, cərimə olunan şəxslərin əmlakına həbs qoyula bilər. Artıq bununla bağlı məhkəmə qərar verəcək”.
Mayın 18-dək təkcə yol polisləri tərəfindən 55 min 678 sürücü karantinə görə cərimə olunub. Eyni zamanda, piyada naryadında xidmət aparan polis əməkdaşları da qayda pozan on minlərlə şəxs haqda protokol tərtib ediblər.
Kamran Əliyevin sözlərinə görə. qərarla razılaşmayaraq protokol tərtib edən orqanlara qarşı da iddialar qaldıranlar var: " Onlarla sürücü qərarla razılaşmayıb və protokolun əsassız yazıldığını iddia edərək məhkəməyə müraciət edib.İyunun 1-dən başlayaraq məhkəmə orqanları hər iki tərəfin müraciətlərinə baxıb qərar çıxaracaq".
Xatırladaq ki, karantin qaydalarını pozanlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunur. Buna görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan beş min manatadək cərimə edilir. Azərbaycanda yazılan cərimələrin əksəriyyəti fiziki şəxslərlə bağlı olub, məbləğ də bir çox hallarda 100 manat təyin olunub.
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək