logo

Bakı polisi Milli Məclisin qarşısındakı  aksiya ilə bağlı açıqlama verdi

17:35 26-05-2020 | icon 1995
Bakı polisi Milli Məclisin qarşısındakı  aksiya ilə bağlı açıqlama verdi

Bu gün bir qrup şəxs Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edib. "Qarabağa azadlıq" şüarı ilə təşkil olunan aksiyanın polis tərəfindən qarşısı alınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev məlumat verib. Bildirib ki, icazəsiz aksiya keçirməyə cəhd edənlər polis əməkdaşlar tərəfindən ərazidən uzaqlaşdırılıb.

Elşad Hacıyev “ aksiya zamanı saxlanılanların olmadığını vurğulayıb.