logo

Şamaxının icra başçısının koronavirus testinin nəticəsi bəlli oldu

16:49 26-05-2020 | icon 1911
Şamaxının icra başçısının koronavirus testinin nəticəsi bəlli oldu
Şamaxı rayon İcra Hakimiyyətinin əməkdaşlarının koronavirus testlərinin nəticəsi açıqlanıb.
 YeniAvropa xəbər verir ki, bu barədə Şamaxı RİH-in İnformasiya təminatı və təhlil sektorunun müdiri Təbriz Qəniyev məlumat verib. 
Onun sözlərinə görə, Şamaxı rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan profilaktik tədbirlər çərçivəsində rayon icra hakimiyyəti əməkdaşlarının növbəti dəfə testdən keçirilməsi zamanı bir əməkdaşda testin nəticəsi müsbət olub:
"Həmin əməkdaş müvəqqəti karantin zonasına yerləşdirilib. Digər əməkdaşlar Nazirlər Kabinetinin yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq sosial izolyasiya rejimində, əsasən, onlayn şəkildə işlərini davam etdirirlər.
 
İcra başçısı Tahir Məmmədov da digər əməkdaşlarla birlikdə koronavirus testindən keçib, testin nəticəsi neqativ çıxıb. Əməkdaşlar növbəti testlərdən də keçəcək”.
 
T.Qəniyev qeyd edib ki, indiyədək Şamaxı rayonunda beş nəfərdə koronavirus infeksiyası aşkarlanıb.