logo

İstanbulda dünyanın ən böyük xəstəxanalarından biri açılır

14:10 26-05-2020 | icon 2156
İstanbulda dünyanın ən böyük xəstəxanalarından biri açılır

Dünyanın ən böyük xəstəxanalarından biri olacaq İstanbulun “Professor Feriha Öz” adına fövqəladə vəziyyət və pandemiya xəstəxanası mayın 29-a istifadəyə veriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, 184 min m2 ərazidə inşa olunan bu xəstəxananın əsas binası 70 min m2-lik sahəni əhatə edir. İki hissə və səkkiz blokdan ibarət bu tibb müəssisəsi 1010 xəstə üçün nəzərdə tutulub. Birmərtəbəli xəstəxana binası ən son texnologiyalarla təchiz olunub.

Digər, Atatürk Hava Limanının ərazisində inşa edilən “Professor Murat Dilmener” xəstəxanasının isə mayın 31-də açılması planlaşdırılır.