logo

Həcc ziyarətinə sənəd qəbulunun nə vaxt bərpa olunacağı bəlli deyil

12:59 26-05-2020 | icon 1904
Həcc ziyarətinə sənəd qəbulunun nə vaxt bərpa olunacağı bəlli deyil

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunun bərpası Səudiyyə Ərəbistanının qərarından asılıdır. Əgər Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinin keçiriləcəyi ilə bağlı qərar versə, Azərbaycanda da sənəd qəbulu davam etdiriləcək, əks halda qəbul dayandırılacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.Bildirilib ki, koronavirus təhlükəsi səbəbindən Həcc ziyarətinin dayandırılması ilə bağlı hələ ki, Səudiyyə Ərəbistanı tərəfindən hər hansı bir bildiriş göndərilməyib. 

Azərbaycanda karantin rejimi tətbiq olunanadək isə  250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib. Koronavirus pandemiyası səbəbindən Azərbaycanda martın 24-dən karantin rejimi tətbiq edildikdən sonra Həcc ziyarətinə sənəd qəbul edilmir. Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanılıb.

Xatırladaq ki, bu il Həcc ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar təşkil edib. Builki qiymət artımı otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında hər ötən gün koronavirusa yoluxanların sayı artır. Bu günədək ölkədə 74 795 nəfərdə COVID-19 aşkarlanıb, 399 nəfər pandemiyanın qurbanı olub.