logo

Bakıda mənzildən 14 min manatlıq oğurluq edilib

12:15 26-05-2020 | icon 1687
Bakıda mənzildən 14 min manatlıq oğurluq edilib

Paytaxtda mənzillərdən birindən oğurluq hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 17-də rayon ərazisindəki mənzillərin birindən 10 000 manat pul və 4 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş N.Salayev, T.Cəlilov və Ə.Əliyev saxlanılıb.