logo

Gürcüstan Müstəqillik Gününü qeyd edir

11:12 26-05-2020 | icon 2310
Gürcüstan Müstəqillik Gününü qeyd edir

Bu gün Gürcüstanda milli bayram – Müstəqillik Günü qeyd olunur.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, hər il Gürcüstanda 26 May - Müstəqillik Günü təntənəli şəkildə, müxtəlif tədbirlərlə qeyd olunurdu. Lakin bu il koronavirus pandemiyasına görə dövlət bayramı təntənəli mərasimlərlə qeyd edilməyəcək.

Baş nazir Giorgi Qaxaria, dövlət və hökumət üzvləri müstəqillik gününü mayın 26-da Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasında qeyd ediblər.

Bildirilib ki, COVID-19 pandemiyası səbəbindən bu il bayram müxtəlif formatlarda keçirilir.

Qeyd edək ki, 102 il bundan öncə mayın 26-da Tbilisidə, mərkəzi Rustaveli prospektindəki indiki “Gənclər evi”ndə Gürcüstanın Milli Şurası Dövlət müstəqilliyi aktını qəbul edib.

Bundan iki gün sonra, mayın 28-də isə həmin tarixi binada Azərbaycan öz müstəqilliyini bəyan edib.

Gürcüstanın ictimai-siyasi xadimi Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika iki il yarım mövcud olub.

Sovet imperiyasının hərbi təcavüzü nəticəsində Gürcüstan Demokratik Respublikası süquta uğrayıb.

Gürcüstan müstəqilliyini 1991-ci ilin aprelin 9-da bərpa edib.