logo

İlham Əliyev və xanımı Şamaxıda Pirsaat Baba ziyarətgahında 

16:32 25-05-2020 | icon 2023
İlham Əliyev və xanımı Şamaxıda Pirsaat Baba ziyarətgahında 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olublar.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Prezidentin köməkçisi Anar Ələkbərov  ziyarətgahda aparılan tikinti-bərpa və yenidənqurma tədbirləri barədə məlumat verib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Pirsaat Baba ziyarətgahı bütün ölkə əhalisinin ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və hər gün buraya yüzlərlə zəvvar gəlir. Burada yeni avtomobil dayanacağı, mərasim zalları və digər yerlər inşa olunacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirsaat Babanın məzarını ziyarət etdilər.