logo

İstanbul körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq

15:10 25-05-2020 | icon 1771
İstanbul körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq

28 May – Respublika Günü münasibətilə İstanbulun iki qitəsini birləşdirən “15 İyul Şəhidlər”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə ölkəmizin İstanbuldaki Baş Konsulluğundan bildirilib.

Mayın 27-si və 28-i keçiriləcək tədbir Baş Konsulluğun təşəbbüsü, Türkiyənin Xarici İşlər Nazirliyi, Quru Yolları Baş İdarəsi və İstanbul Valiliyinin dəstəyi ilə baş tutacaq.