logo

Şəkidə 1 tondan artıq narkotik bitki məhv edilib

12:29 25-05-2020 | icon 322
Şəkidə 1 tondan artıq narkotik bitki məhv edilib

“Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq, Şəki rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya bildirilib ki, rayonun İkinci Biləcik kəndi ərazisində ümumi çəkisi 1 ton 172 kiloqram olan və yabanı halda bitən 7321 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. Həmin bitkilər kökündən çıxarılıb və yandırılaraq məhv edilib.