logo

Bəzi rayonlarında səhərədək yağış yağıb

11:44 25-05-2020 | icon 329
Bəzi rayonlarında səhərədək yağış yağıb

Mayın 25-i səhərədək bəzi şimal və qərb rayonlarında yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 8, Zaqatala, Kişçayda (Şəki) 3, Daşkəsən, Ağdərə, Tovuz, Balakən, Lerikdə 2, Şahbuz, Ordubad, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Ağstafa, Oğuz, Şəki, Qrız, Mingəçevir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Astara, Xınalıqda 1 millimetr olub.

Mayın 25-i səhər saatlarından güclü-şimal küləyi zəifləyib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,6 metrə enib.

Qeyd edək ki, mayın 25-də Bakıda və Abşeron yarımadasında gün ərzində hava əsasən yağmursuz keçəcək, mülayim şimal-şərq küləyi əsəcək.

Azərbaycanın şərq rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, qərb rayonlarında isə gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim qərb küləyinin sürəti saniyədə 5-10, arabir 15-17 metr təşkil edəcək.

Havanın maksimal temperaturu Bakıda və Abşeron