logo

Qubad İbadoğlu:"Büdcədən ən az oğurlayan elə Əbülfəs Qarayev olub"

11:59 25-05-2020 | icon 392
Qubad İbadoğlu:"Büdcədən ən az oğurlayan elə Əbülfəs Qarayev olub"

"DTX-nın yaydığı video görüntülərdə keçmiş mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov "cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini" deyir. Onun sözlərinə görə, rayonlarda müəyyən cari təmir işləri üçün pul ayrılır və il ərzində 40-45 müəssisə təmir olunurdu. "Bu məbləğin 10 faizini idarə rəisləri nazirliyə dəstək kimi verirdilər””.

YeniAvropa xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. O, bildirib ki, 2020-ci ildə Dövlət İnvestisiya Proqramına daxil olan investisiya layihələrinin sahələr üzrə proqnozlaşdırılan vəsaitlərin həcmi və mənbəyi barədə məlumatdan görsənir ki, bu il ərzində mədəniyyət obyektlərinin tikintisi, bərpası və yenidən qurulması üçün 37 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. 

"Geri qayıdan və son təyinatından kənarlaşdırılan vəsaitin ayrılanın 10 faizi olduğunu inanmasam da hətta bu hesabla mədəniyyət nazirliyi 3,7 milyon manat dəstək vəsaitindən məhrum olub.
Məsələ burasındadır ki, cari ildə investisiya büdcəsindən energetika və sənaye layihələrinə 100 milyon manat, səhiyyə obyektlərinin təmiri və tikintisinə 117 milyon manat, kənd təsərrüfatına 136,3 milyon manat, idman obyektlərinin tikintisi, yarışların keçirilməsi üçün 200 milyon manat, təhsil müəssisələrinin təmiri və tikintisinə 256,3 milyon manat, su ehtiyatları və irriqasiyaya 300 milyon manat, kommunal infrastruktur üçün 546,9 milyon manat, nəqliyyatda infrastruktur layihələrinə isə 2 milyard 614 milyon manat nəzərdə tutulub.  
Baxanda görəcəksiniz ki, həbsə göndərilən mədəniyyət nazirinin müavini dövlət büdcəsinin investisiya xərclərindən ən az pay götürəndir. Əslində, bu nazirliyə ayrılan pul dəryada bir damla qədərdir. Ona gör də balinalar qalıb, hələ ki, balığı ovlayırlar.
 Əgər doğurdan da bu sahədə korrupsiya ilə qarşı mübarizə aparmaq istəyirlərsə onda 2020-ci ilin dövlət büdcəsinin 4,9 milyard manatlıq tikinti və şəhərsalma xərclərinin heç olmazsa layihələr və icraçılar üzrə təsnifatı Milli Məclisdə açıqlanmalı, bu layihələrin smeta dəyərlərinin və icraçılarının müəyyənləşdirilməsi şəffaf və açıq tenderlərdə sağlam rəqabət əsasında həyata keçirilməlidir”,-deyə  Qubad İbadoğlu  bildirib.