logo

"D18" Hərəkatının sədrini əsgər apardılar

11:28 25-05-2020 | icon 336
"D18" Hərəkatının sədrini əsgər apardılar

"D18" Hərəkatı İdarə Heyətinin sədri Ruslan İzzətli bu gün hərbi xidmətə gedib.

YeniAvropa xəbər verir ki, bu barədə R.İzzətli özünün "Facebook" hesabında məlumat paylaşıb.

R. İzzətlinin 31 yaşı var və indiyə qədər həqiqi hərbi xidmət keçməyib. Ali təhsilli olduğu üçün , qanuna görə, o, 1 il müddətində həqiq hərbi xidmət keçəcək.

O, qeyd edib ki, "D18" Hərəkatının İdarə Heyəti Ruslan İzzətlinin hərbi xidmətə getməsi ilə əlaqədar qərar qəbul edib. Qərara əsasən, 25 may 2020 tarixindən İH-nin üzvü Samirə Ağayeva 1 il müddətində sədri əvəz  edəcək.

Xatırladaq ki, "D18" Hərəkatı sonuncu parlament seçkilərindən aktivliyi ilə gündəmə gəlmişdi.