Həbs olunan DSX polkovnikinə federasiyanın vitse-prezidenti “krışa”lıq edirmiş? – ŞOK TƏFƏRRÜAT
Dövlət Təhlükəsizlik Xidmətinin ( DTX ) son vaxtlar rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəsi cəmiyyətdə müsbət qarşılanır. DTX-nın bir neçə gün öncə Dövlət Sərhəd Xidmətində (DSX) keçirdiyi əməliyyatla bağlı maraqlı məlumat daxil olub.
İstintaqa cəlb olunmuş DSX Sahil Mühafizəsinin vəzifəli şəxsi – polkovnik Nemət Hacı oğlu Pənahov etiraf edib ki, rüşvət məsələlərində, sövdələşmələrində rəisi, general-leytenant Əfqan Vəli oğlu Nağıyevin qeyri-rəsmi göstərişi əsasında hərəkət ediblər. O, birbaşa olaraq Nağıyevdən aldığı qeyri-rəsmi göstərişlər əsasında balıq ovuna icazələri rüşvət müqabilində vətəndaşlara verdiyini etiraf edib.
YeniAvropa xəbər verir ki, Nemət Pənahov barədə "Bizimxeber.az" maraqlı məlumatlar daxil olub.
Belə məlum olur ki, Nemət Pənahov Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudovla yaxın qohumdur. İddia olunur ki, Firdovsi Umudovun bacısının həyat yoldaşı olan Nemət Pənahovun DSX-ya xidmətə qəbul olunması, vəzifə pillələrində sürətlə irəliləməsi də qohumluq əlaqələrinə dayanır.
Nemət Pənahovun qayınatası da Qazax rayonunda tanınan şəxslərdən hesab olunur. Bildirilir ki, “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində Pənahovun qayınatası qeyri-rəsmi sövdələşmələrin əsas simalarından biridir. Ümumilikdə isə Firdovsi Umudovun illərlə Nemət Pənahova hamilik etdiyi, yaranan problemlərinin həllində əsas söz sahibi olduğu qeyd edilir.
Məlumat üçün bildirək ki, əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, DSX rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Əfqan Vəli oğlu Nağıyev Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlara şərait yaratmaq üçün vətəndaşlardan rüşvət alıb.
Rüşvətalma sxemlərində DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Nemət Hacı oğlu Pənahov, polkovnik-leytenant Elçin Vaqif oğlu Vəliyev, polkovnik Samiq Yusif oğlu Əzizov, polkovnik-leytenant Sakit Yusif oğlu Muradov, mayor Müzəffər Qafil oğlu Namazov və digərlərinin iştirakı müəyyən olunub.
Həbsə alınan DSX vəzifəlilərinin qabaqcadan əlbir olmaları sübuta yetirilib. İstintaq zamanı müəyyən edilib ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilib. Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb. Hazırda istintaq davam edir.
Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub