logo

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

10:07 24-05-2020 | icon 1750
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

 YeniAvropa xəbər verir ki, bu barədə birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində paylaşım edib.

Təbrikdə deyilir:"Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!".