logo

Azərbaycanda koronavirusla bağlı son durum açıqlandı

22:10 23-05-2020 | icon 2093
Azərbaycanda koronavirusla bağlı son durum açıqlandı

Mayın 23-də Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5912 test aparılıb. Bununla da indiyədək aparılan testlərin sayı 265 min 67-yə çatıb.

Bu barədə YeniAvropa-ya Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib.

Həmçinin bildirilib ki, hazırda ölkəmizdə aktiv koronaviruslu xəstə sayı 1427-yə bərabərdir. Xəstələrdən 55 nəfəri reanimasiyadadır ki, onlardan da 9-u süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, mayın 23-də Azərbaycanda koronavirusa daha 127 yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948-ci, 1952-ci və 1982-ci il təvəllüdlü üç nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2506 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1427 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.