logo

Türkiyədə koronavirusdan ölənlərin sayı 4 300-ü ötdü

20:53 23-05-2020 | icon 2317
Türkiyədə koronavirusdan ölənlərin sayı 4 300-ü ötdü

Son bir gündə Türkiyədə daha 32 nəfər koronavirusdan ölüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,    bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. Onun sözlərinə görə, bununla da ölkədə koronavirus qurbanlarının ümumi sayı 4 308 nəfərə çatıb.

"Son sutka ərzində ölkədə təhlükəli virusa 1 186 nəfər yoluxma qeydə alınıb. Beləliklə, COVID-19-a yoluxanların ümumi sayı 155 686 nəfər təşkil edir. Virusa yoluxmuş daha 1 491 nəfər sağalıb. Türkiyədə COVID-9-dan sağalanların ümumi sayı 117 602 nəfərə çatıb",-deyə səhiyyə naziri bildirib.