logo

İranda qəzaya uğrayan Türkiyə təyyarəsində 11 nəfər olub

20:48 11-03-2018 | icon 3346
İranda qəzaya uğrayan Türkiyə təyyarəsində 11 nəfər olub

Iranın cənub-şərqində yerləşən Çaharmahal əyalətində qəzaya uğrayan təyyarə Türkiyənin “Başaran” holdinqinə məxsus olub. YeniAvropa xəbər verir  ki, dağa çırpılaraq qəzaya uğrayan təyyarənin 3 heyət üzvü və iş adamlarından ibarət 8 nəfər sərnişininin hamısı həyatını itirib.

İranın qəza və xilasetmə xidmətinin nümayəndəsi Müştəba Zələdin jurnalistlərə müsahibəsində bildirib ki, təyyarə İranın hava məkanından keçərkən pilot uçuş hündürlüyünü düzgün hesablamayıb. Nəticədə hava gəmisi İranın cənub-qərbindəki Çaharmahal əyalətinin Şəhrikurd şəhəri yaxınlığındakı dağa dəyərək qəzaya uğrayıb.

Onun sözlərinə görə,  təyyarə Birləşmiş Ərəb Əmirliklərinin Şərca əmirliyindən İstanbula uçurmuş. 

Türkiyə mətbuatının yazdığına görə isə təyyarədə əslən trabzonlu olan iş adamı , "Başaran holdinq"in sahibi Hüseyn Başaranın qızı da olub. Türkiyə iqtisadiyyatının qida, inşaat, enerji və maliyyə sektorlarında fəaiyyət göstərən, bir sıra iri layihələrə investisiyalar  yatəran Hüseyn Başaranın İstanbulda meqainşaat layihəlıri də var. Onlardan biri -“Mina Towers” göydələni məhz təyyəradə həlak olan qızının adını daşıyır.