logo

Sabah Bakıda 19° isti olacaq

12:59 23-05-2020 | icon 2121
Sabah Bakıda 19° isti olacaq

Azərbaycanda mayın 24-nə - Ramazan bayramının ilk gününə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15°, gündüz 17-19° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 752 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 24-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 23-28° isti, dağlarda gecə 5-10°, gündüz 10-15° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 24-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi və temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.