logo

Fərhad Əhmədov:"Mübariz Mənsimov Azərbaycan diasporunun ən parlaq nümayəndələrindən biridir"

12:15 23-05-2020 | icon 3850
Fərhad Əhmədov:"Mübariz Mənsimov Azərbaycan diasporunun ən parlaq nümayəndələrindən biridir"

“Mənə dəfələrlə bu sualla müraciət ediblər ki, nəyə görə Mübariz Mənsimovun ətrafındakı situasiya ilə balı susuram? Dərhal cavab verirəm ki, susmuram. Mən onun məsələsi ilə bağlı Türkiyədə ən yüksək səviyyədə müraciət etmişəm".

YeniAvropa xəbər verir ki, bu sözlər Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Fərhad Əhmədov özünün "Facebook" səhifəsində yazdığı statusdan yer alıb. Fərhad Əhmədov daha sonra yazır: 

"Lakin hamı başa düşməlidir ki, bu onların ölkəsidir, onların məhkəməsidir. Mən dəqiq bilirəm ki, bu məsələdə həm ictimayiləşdirmək, həm istintaqın gedişinə və məhkəmənin qərarına hansısa formada təsir göstərmə cəhdi, xüsusən də prezidentin mövqeyinə təsir göstərmək cəhdi ancaq əks effekt verə bilər. Mən bunu hamıdan daha yaxşı bilirəm. Son illərdə şəxsən iki dəfə Rusiya ilə Türkiyə arasında problemlərin “yoluna qoyulmasında” iştirak etmişəm, o cümlədən sonuncu dəfə beş ay əvvəl.

Biz onunla yaxın dost olmamışıq, bizi yalnız Vətənə olan məhəbbət  və ümumi dostlar birləşdirib- rəhmətlik Natiq Əliyev, İsgəndər Xəlilov,-əlbbəttə ki, xalqa olan məhəbbət. Mən həmişə demişəm və yazmışam, Mübariz Mənsimov -Azərbaycan diasporunun ən parlaq nümayəndələrindən biridir.O, öz Vətənini sonsuz bir məhəbbətlə sevir.O, öz Vətəni üçün çox yaxşı şeylər edib və bundan sonra daha da edə bilər. 

Mən onun şirkətinin spesifik fəaliyyəti ilə tanış deyiləm, ona görə də ancaq bildiyimi deyə bilərəm. O, uzun illər ərzində öz biznesini üç dostu ilə sıx qarşılıqlı əlaqə şəraitində qurdu. Onlardan birini mən yaxından tanıyıram və yeri gəlmişkən, Mübariz ona hörmət əlaməti olaraq “dayı” deyərdi. Bizi də məhz o tanış etmişdi.  Lakin son vaxtlar Mübariz hamı ilə münaqişəyə girdi, sayəsində iri biznesmenə çevrildiyi adamlara qarşı getdi, axı onlarsız, təkbaşına o tanker donanması qura bilməzdi. Necə deyərlər, “Pozma, dostla, yoldaşla təması, yaman olar onun davası”.

Dörd ay əvvəl Mübariz Mənsimov kömək üçün mənə müraciət etdi. Mən bacardığımı elədim, amma şərt qoydum ki, o ictimaiyyət qarşısında öz partnyorlarından üzr istəsin. O razılaşdı, amma sonra olanlar oldu. Məni narahat edən odur ki, Mübarizə qarşı çıxan dörd əsas şahid nəinki onun şirkətinin rəhbərləridir, həm də onun dostlarıdır.Nələr olur? O, öz əməkdaşlarıı və dostlarıı etimadıı itirib? Amma,həbsdə olanlar və rəhmətə gedənlər haqda ya yaxşı fikir söyləməlisən, ya da heç danışmamalısan.

0-2

Onun keçmiş əməkdaşları və dostları, mənə məlum olduğuna görə, Mübarizin terrorçularla əlaqələri haqda daışıblar. Bu haqda, onu hansısa radikal təşkilatlarla əlaqələri haqda heç nə deyə bilmərəm. Mənim yanımda o belə söhbətlər aparmayıb və heç vaxt Fətullah Gülənin adını çəkməyib. Əksinə, o mənə həmişə deyirdi ki, Ərdoğaın tərəfdarıdır. Yeri gəlmişkən, Ərdoğanla Gülən də bir vaxtlar  dost olublar, sonradan yolları ayrılıb. 

Mən həqiqətin və ədalətin gücüə inanıram. Zaman  hər şeyi öz yoluna qoyacaq.   Ona  görə də istintaqın və məhkəmənin nəticəsini gözləyirik. 

Amma, istəməzdim ki, onu da siyasi məhbusların taleyi gözləsin, hanslar ki etdikləri əməllərə görə deyil, fərqli düşündükləri üçün həbsxanalara düşürlər.Eşitdiyimə görə, Mübarizin vəkilləri çox güclüdürlər. Ümid edirəm ki, yaranmış vəziyyət öz həllini tapacaq və o çox sevdiyi uşaqlarının yanına qayıdacaq.  Onların sayı, bilirsiz ki, dörddür. 

Sonda hər vaxt dediyim fikri bir daha deyəcəyəm. Bizim bir-birimizə qarşı apardığımız mübarizə düşmənin əlinə işləyir. Biz bir yumruk kimi birləşməliyik, cünki, bizim hamımızın yalnız bir xarici düşmənimiz var!"