logo

Güclü külək Gəncədə ağacları aşırdı

22:51 22-05-2020 | icon 728
Güclü külək Gəncədə ağacları aşırdı

Gəncədə bu gün axşam saatlarında əsən güclü külək bir sıra fəsadlar törədib.

YeniAvropa xəbər verir ki, bu barədə Gəncə şəhər İcra Hakimiyyətindən bildirilib. Qeyd edilib ki,şəhərin Sadıllı qəsəbəsində, Əli Nəzərov, Abbas Səhhət, Şahsevənlər və Təbriz küçələrində, eləcə də bir sıra digər ərazilərdə ağaclar aşıb.

Aşan ağaclar naqilləri zədələdiyindən şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Yaranmış fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən iş aparılır.