logo

Elmar Məmmədyarov Sergey Lavrovla koronovirusdan danışdı

21:47 22-05-2020 | icon 280
Elmar Məmmədyarov Sergey Lavrovla koronovirusdan danışdı

Mayın 22-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə telefon söhbəti baş tutub.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Telefon söhbəti zamanı nazirlər mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən görülən tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Çoxtərəfli platformalarda əməkdaşlıq, xüsusilə də MDB çərçivəsində gündəlikdə olan aktual məsələlər nazirlər tərəfindən müzakirə edilib.

Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə onlayn formatda keçirilən və əsasən koronavirus pandemiyası ilə mübarizə məsələsinin müzakirə olunduğu iclası üzrə ümumi fikir mübadiləsi aparılıb.