logo

Gəncədə koronavirusa yoluxmuş cərrah Bakıda dünyasını dəyişdi

21:17 22-05-2020 | icon 2205
Gəncədə koronavirusa yoluxmuş cərrah Bakıda dünyasını dəyişdi

Gəncədə koronavirusa yoluxmuş cərrah dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.  

O bildirib ki, bu gün vəfat edənlərdən biri, 1962-ci il təvəllüdlü xəstə Gəncə şəhərində fəaliyyət göstərən həkim olub: “Həmkarımızın şəkərli diabet, hipertoniya kimi yanaşı xəstəliyi olub. Aprelin 30-da xəstəxanaya daxil olub və müalicəsinə başlanılıb. 681 nəfər tibb işçisi koronavirusa yoluxub. Bu, ümumi yoluxmanın 18 faizidir. Əksəriyyəti kiçik və orta tibb işçiləridir. 537 tibb işçisi sağalıb, 4 həkim vəfat edib” .

Qeyd edək ki, həmin həkim Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının cərrahı Sürət Abbasovdur. O, müalicə almasına baxmayaraq, bu gün səhər Bakıdakı ixtisaslaşmış tibb müəssisələrinin birində dünyasını dəyişib.