logo

120 İran vətəndaşı bu gün Astaradan öz ölkələrinə göndəriləcək

17:59 22-05-2020 | icon 2128
120 İran vətəndaşı bu gün Astaradan öz ölkələrinə göndəriləcək

Mayın 22-də daha 120 İran vətəndaşının Astara keçid məntəqəsindən öz ölkələrinə göndəriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə ötən gün İran tərəfinin təşəbbüsü ilə Azərbaycanın baş naziri Əli Əsədov və İran İslam Respublikasının birinci vitse-prezidenti İshaq Cahangiri arasında telefon danışığı zamanı razılıq əldə edilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, telefon danışığı zamanı koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə iki ölkə tərəfindən görülən uğurlu tədbirlərə dair məlumat mübadiləsi aparılıb. İran tərəfi pandemiyaya qarşı mübarizə məqsədilə göstərilən humanitar yardıma görə Azərbaycana təşəkkürünü bildirib. Yükdaşımalarının fasiləsiz şəkildə həyata keçirilməsini təmin etmək üçün nəqliyyat dəhlizləri çərçivəsində görülən işlər xüsusi vurğulanıb.

İran tərəfi pandemiya dövründə İran vətəndaşlarının Azərbaycan ərazisindən öz ölkələrinə qayıtmaları üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.  İran tərəfi Azərbaycanda məhkum olunan İran vətəndaşlarının humanizm prinsiplərinə əsaslanaraq ekstradisiyasının mümkünlüyünü nəzərdən keçirməyi bir daha xahiş edib.

Telefon danışığı əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.