logo

Azərbaycanda idman jurnalisti koronavirusa yoluxdu

11:34 22-05-2020 | icon 1869
Azərbaycanda idman jurnalisti koronavirusa yoluxdu

Azərbaycanlı idman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.

YeniAvropa xəbər verir ki, bu barədə  Anar özünün "Facebook" hesabında status paylaşıb. O, qeyd edib ki, iki həftədir güclü öskürək və yüksək temperaturdan əziyyət çəkir:"İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu. Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin".