logo

Paytaxtın bir hissəsində yollar bağlı olacaq

10:29 22-05-2020 | icon 2611
Paytaxtın bir hissəsində yollar bağlı olacaq

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə bu gün axşam saatlarınadək Bakı Dairəvi-1 avtomobil yolunda əyrixətli dəmir tirlərin təmiri, Bakı-Şamaxı magistral yolunda isə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

 YeniAvropa xəbər verir ki,  bu barədə Azərbaycan Avtomibil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.