logo

İranda koronavirusdan ölənlərin sayı 7 min 294-ə çatıb

14:30 21-05-2020 | icon 2513
İranda koronavirusdan ölənlərin sayı 7 min 294-ə çatıb

Son 24 saat ərzində İranda koronavirusa 2392 yoluxma halı aşkar edilib, 66 nəfər isə ölüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. O , bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 129 min 341 nəfərə, ölənlərin sayı isə 7 min 294-ə çatıb.

Xüsusi rejimli xəstəxanalarda müalicə alan 100 min 564 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi onu da vurğulayıb ki, intensiv terapiya şöbəsində yatan 2 min 655 nəfərin vəziyyəti ağırdır. Bu günə kimi İranda 831 min 213 nəfər testdən keçirilib.