logo

MTRŞ "Space"in efirini yenidən dayandırır

22:10 20-05-2020 | icon 1925
MTRŞ "Space"in efirini yenidən dayandırır

Milli Televiziya və Radio Şurasının(MTRŞ) iclası keçirilib.

 YeniAvropa xəbər verir ki, iclasda 11-17 may tarixlərində ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub. 13 may 2020-ci il tarixdə "Space” televiziya kanalının efirində saat 23.00 – 24.00 arası müddətdə 18 dəqiqə reklam yayımlanması ilə "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.

Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq "Space” televiziya kanalının efirində 4 iyun 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Qeyd edək ki, mayın 5-də MTRŞ-nin iclasında "Space” televiziya kanalının efirində 15 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 23:00-dan saat 00:00-dək) dayandırılması haqqında qərar qəbul edib.