logo

Bu gün 9-cular buraxılış imtahanı verirlər

10:49 11-03-2018 | icon 3633
Bu gün 9-cular buraxılış imtahanı verirlər

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 27 şəhər və rayonunda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.

YeniAvropa xəbər verir  ki, bu haqda DİM-dən verilən məlumatda qeyd olunub. Qeyd edilib ki, saat 11:00-da başlanacaq.bugünkü imtahanda 39496 şagirdin iştirak edəcəyi nəzərdə tutulub. İmtahanda Sumqayıt şəhərində 4416, Abşeron rayonunda 3842, Gəncə şəhərində 3365, Daşkəsən rayonunda 280, Göygöl rayonunda 877, Samux rayonunda 676, Şamaxı rayonunda 944, Naftalan şəhərində 88, Goranboy rayonunda 1320, Yevlax şəhərində 1397, Şəki şəhərində 2045, Qəbələ rayonunda 1343, Oğuz rayonunda 561, Bərdə rayonunda 2200, Ağdam rayonunda 929, Tərtər rayonunda 886, Kürdəmir rayonunda 1203, Zərdab rayonunda 611, Ağsu rayonunda 681, İmişli rayonunda 1252, Sabirabad rayonunda 1799, Biləsuvar rayonunda 1387, Saatlı rayonunda 1019, Lənkəran şəhərində 2282, Astara rayonunda 1283, Xaçmaz rayonunda 2112, Şabran rayonunda 698  nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

Şagirdlər imtahana buraxılış vərəqəsi və  şəxsiyyəti təsdiq edən sənədin əsli ilə buraxılacaqlar.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 87 imtahan mərkəzi ayrılıb. İmtahanların idarə olunmasına ümumilikdə 277 imtahan rəhbəri, 3355 nəzarətçi-müəllim ayrılıb.

Məlumatda qeyd edilib ki, imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları üçün qabaqcadan təlim-seminarlar keçirilib. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Ötən gün isə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə  təkrar baxış keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.