logo

Ziya Məmmədov karantin günlərində oruc tutmasından danışıb

20:55 20-05-2020 | icon 2100
Ziya Məmmədov karantin günlərində oruc tutmasından danışıb

“Karantin günləri ərzində mən də oruc tutub, ibadətimi etmişəm. Allah hər kəsin oruc-namazını qəbul etsin”.

YeniAvropa xəbər verir ki, bu barədə sabiq nəqliyyat naziri Ziya Məmmədov "musavat.com"a açıqlamasında deyib. 

Sabiq nazir bildirib ki, karantin günlərində dövlətin qoyduğu qaydalara əməl etməyə çalışıb: “Karantin günlərini çox ciddi şəkildə keçirib, dövlət tərəfindən qoyulan qaydalara əməl edirəm. Bu günlərdə heç bir rayona getmədim. Karantin günlərini Bakıda keçirirəm. Qoyulan qaydalara əməl etmək bizim vətəndaşlıq borcumuzdur. Son günlər karantin rejimində yumşalma olsa da, hələ ki çölə çıxmamışam. Lakin çıxmaq niyyətim var”.