logo

İranda koronavirusdan ölənlərin sayı 7 min 183 nəfərə çatıb

19:22 20-05-2020 | icon 2422
İranda koronavirusdan ölənlərin sayı 7 min 183 nəfərə çatıb

Son 24 saat ərzində İranda koronavirusa 2346 yoluxma halı aşkar edilib, 64 nəfər isə ölüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 126 min 949 nəfərə, ölənlərin sayı isə 7 min 183-ə çatıb.

Xüsusi rejimli xəstəxanalarda müalicə alan 98 min 808 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi onu da vurğulayıb ki, intensiv terapiya şöbəsində yatan 2 min 673 nəfərin vəziyyəti ağırdır. Bu günə kimi İranda 731 min 213 nəfər testdən keçirilib.