logo

DYP sürücülük vəsiqələri ilə bağlı  xəbərdarlıq etdi

16:28 20-05-2020 | icon 259
DYP sürücülük vəsiqələri ilə bağlı  xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri ilə bağlı məlumat yayıb.

İdarədən YeniAvropa-ya  bildirilib ki,  ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar əhalinin yalnız müstəsna hallarda yaşayış yerini tərk etmələrinə icazə verilməsi nəzərə alınaraq sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi karantin rejimi dövrünə təsadüf etmiş şəxslərin nəqliyyat vasitələrini idarə edərkən yol verdikləri qayda pozuntularının xüsusi texniki vasitələrin köməyi ilə aşkarlandığı hallarda həmin vəsiqələrdən istifadəyə görə məsuliyyətə cəlb olunmayacaqlar.

Lakin aprelin 27-dən etibarən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində “ASAN xidmət” mobil tətbiqi, "www.asan.gov.az" saytı və "108" Çağrı Mərkəzi vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla müvafiq sənədlərin alınması və ya dəyişdirilməsi ilə bağlı vətəndaşların qəbulunun həyata keçirilməsinə başlanılmasını, habelə giriş-çıxışına məhdudiyyət tətbiq edilmiş rayon və şəhərlərin ərazilərində yerləşən “ASAN xidmət” mərkəzlərinə gedə bilməyən şəxslər üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün müvafiq şərait yaradılmasını nəzərə alaraq, sürücülərin diqqətinə çatdırılır ki, mayın 31-dən etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmiş müddət bitmiş hesab olunacaq. Bu səbəbdən sürücülər qeyd olunan vaxtadək etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələrini dəyişməli və ya həmin sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrini idarə etməməlidirlər.