logo

Neftçilər Xəstəxanasına yeni direktor təyin olunub

15:48 20-05-2020 | icon 2933
Neftçilər Xəstəxanasına yeni direktor təyin olunub

Mərkəzi Neftçilər Xəstəxanasına yeni direktor təyin olunub.

 YeniAvropa xəbər verir ki,  bu vəzifəyə Musa Abbasov gətirilib. Bununla bağlı müvafiq əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı imzalayıb.

TƏBİB-dən verilən məlumatda bildirilib ki, Musa Abbasov bu vəzifəyə aprel ayında təyinat alıb.

Xatırladaq ki, Mərkəzi Neftçilər Xəstəxanası bu gün üçün koronavirus pandemiyasına görə ayrılan xüsusi rejimli tibb müəssisələri siyahısındadır və orada əsasən ağır xəstələr müalicə alır.